Braziliya Prezidenti Luiz İnasio Lula da Silva hesab edir ki, Almaniya kansleri Fridrix Merzin siyasi təcrübəsi yetərli deyil.
Doğru.az RİA Novosti istinadən xəbər verir ki, Lula da Silva bu bəyanatı Merzin Braziliyada keçirilən iqlim sammitindən Almaniyaya qayıtdıqdan sonra verdiyi açıqlamasına cavab olaraq səsləndirib.
“Bu, siyasi təcrübə məsələsidir”, – Lula da Silva bildirib və Merzin növbəti səfərində Braziliyanı bəyənməsinə icazə verdiyini əlavə edib.
Berlində keçirilən konqresdə çıxış edən Merz almanların dünyanın ən gözəl ölkələrindən birində yaşadıqlarını bildirib. COP30 sammiti zamanı Braziliyaya səfəri zamanı isə jurnalistlərin Belém do Parada qalmaq istəmədiklərini və hər kəsin Almaniyaya qayıtmaqdan məmnun olduğunu qeyd edib.
Merzin açıqlamaları sosial şəbəkələrdə Braziliyalılar və Belém şəhərinin meri İqor Normando tərəfindən tənqid olunub. Almaniya hökumətinin sözçüsü Stefan Kornelius isə Merzin açıqlamalarına görə üzr istəməyəcəyini bildirib.
Eyni zamanda, Merz və Braziliya prezidenti arasında barışıq əldə edilib.
DOĞRU.AZ




























