image-n1karobka_ads
image-123
image-695ac89a02e8bd1bd75c81e9backend

Macarıstan Aİ-nin Venesuela bəyanatını dəstəkləməyən yeganə ölkə olub

image-ad_qayo_720x110px

Avropa İttifaqında Venesuela ilə bağlı qəbul edilən bəyanat 26 üzv dövlət tərəfindən dəstəklənsə də, Macarıstan bu mövqeyə qoşulmayan yeganə ölkə olub.

Doğru.az xəbər verir ki, bəyanatda Venesuela xalqının öz gələcəyini sərbəst şəkildə təyin etmək hüququna hörmət edilməsi çağırışı yer alıb. Eyni zamanda transmilli mütəşəkkil cinayətkarlığa və narkotik qaçaqmalçılığına qarşı mübarizənin beynəlxalq hüquqa uyğun aparılmasının vacibliyi vurğulanıb.

Sənəddə açıq şəkildə qeyd olunur ki, bu mövqe Aİ-nin 26 üzv dövləti tərəfindən dəstəklənib, lakin Macarıstan razılıq verməyib.

“The New York Times” qəzetinin məlumatına görə, ABŞ-ın Venesuelada həyata keçirdiyi əməliyyatlar nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb.

Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Venesuelanın vitse-prezidenti Rodrigezi açıq şəkildə hədələmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki