Macarıstanın baş naziri Viktor Orban Ukraynada baş verən korrupsiya qalmaqalına münasibət bildirib.
Doğru.az xəbər verir ki, Orbanın sözlərinə görə, Ukrayna prezidenti Vladimir Zelenski ilə əlaqəsi olan korrupsiya şəbəkəsinin iştirakçıları ölkədə “hərbi mafiya sistemi” qurublar.
O, sosial şəbəkədə paylaşım edərək Avropa İttifaqını Ukraynanı maliyyələşdirməyi dayandırmağa çağırıb:
“Zelenski ilə minlərlə əlaqəsi olan Ukrayna hərbi mafiya şəbəkəsi üzə çıxıb… Cəbhədə itirilməyənləri hərbi mafiya oğurlayacaq. Bu, dəlilikdir.”
Qeyd edək ki, “The Times” qəzeti daha əvvəl Ukraynada geniş vüsət alan korrupsiya qalmaqalını Zelenski üçün “saatlı bomba” adlandırmışdı.
DOĞRU.AZ




























