image-n1karobka_ads
image-123
image-6921d81202e8bd2b5f7270b8backend

Makron: “G20-nin gələcəyi təhlükə altında ola bilər”

image-ad_qayo_720x110px

Fransa prezidenti Emmanuel Makron G20-nin mövcudluğunun təhlükə altında olduğunu bildirib.

Doğru.az xəbər verir ki, bu barədə o, Yohannesburqda keçirilən G20 sammitində danışıb.

Bloomberg-in məlumatına görə, Makron deyib: “Afrika qitəsindəki ilk görüş G20-nin tarixində mühüm mərhələdir, lakin biz onu da qəbul etməliyik ki, G20 öz dövrünün sonuna yaxınlaşa bilər.”

Fransa prezidenti həmçinin ABŞ-ın danışıqlar masası arxasında olmamasını, böyük qlobal böhranları həll edə bilməməsini və bəzi ölkələrin suverenliyinin qorunmasında çətinliklərin mövcudluğunu qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidentinin İcra Aparatı rəhbərinin müavini Maksim Oreşkin bəyan etmişdi ki, G7-nin bir neçə ölkəsinin artan borcları onları maliyyə çöküşü riskinə gətirə bilər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki