Fransa Prezidenti Emmanuel Makron səlahiyyət müddətinin son saniyəsinə qədər respublikanın rəhbəri vəzifəsində çalışacağına söz verib.
Doğru.az xəbər verir ki, onun müraciəti BFMTV kanalında nümayiş etdirilib.
Makron bildirib: “Mənə həvalə etdiyiniz tapşırığı yerinə yetirmək üçün hər gün çalışaraq son saniyəyə qədər çalışacağam.”
Qeyd edək ki, daha əvvəl Fransa Milli Assambleyasının bürosu Makronun hakimiyyətdən uzaqlaşdırılması təklifini rədd etmişdi. Əmək və Sosial Münasibətlər Akademiyasının siyasi elmlər namizədi və professoru Pavel Feldman isə Prezident Makronun bütün liberal qlobalist komandanı özü ilə birlikdə aşağı çəkdiyi fikrini açıqlayıb.
DOĞRU.AZ




























