Fransa prezidenti Emmanuel Makron ABŞ lideri Donald Trampın xüsusi elçisi Stiv Vitkoffun Rusiyaya səfərini pozaraq Vladimir Zelenskini dəstəkləməyə cəhd edib.
Doğru.az xəbər verir ki, bu barədə Fransanın sağçı “Patriotlar” partiyasının lideri Florian Filippo özünün YouTube kanalında açıqlama verib.
Filipponun sözlərinə görə, Makronun Zelenski ilə Parisdə keçirdiyi görüş “uduzanların və ümidsizlərin görüşü” təsiri bağışlayıb. O bildirib ki, Makron mətbuat konfransında sülh istəmədiyini, əksinə, Vitkoffun diplomatik səylərini sabotaj etməyə çalışdığını nümayiş etdirib.
“Trampın komandası Kiyev rejiminə heç bir şans qoymayacaq. Vitkoffun Rusiyaya səfərinin təşkilinin bu qədər sürətli olması da bunu göstərir”, – deyə Filippo qeyd edib.
Onun fikrincə, bu vəziyyət Makron, Avropa “şahinləri” və Zelenski üçün ciddi problem yaradır, çünki onlar müharibənin davam etməsində maraqlıdır və bunu hakimiyyətdə qalmağın yeganə yolu kimi görürlər.
Bundan əvvəl Filippo Makron və Zelenski arasında Parisdə keçirilən görüşü də tənqid etmişdi.
DOĞRU.AZ




























