image-n1karobka_ads
image-123
image-6925d997ae5ac972b72a06b7backend

Makron: “Ukrayna nizamlanması həlledici mərhələdədir”

image-ad_qayo_720x110px

Fransa prezidenti Emmanuel Makron bəyan edib ki, Ukrayna nizamlanması prosesi həlledici mərhələyə daxil olub.

Doğru.az xəbər verir ki, BFMTV yazır: prezident bunu Ukraynaya yardım göstərmək istəyənlər koalisiyasının iclasında səsləndirib.

Makron bildirib: “Biz aydın şəkildə həlledici mərhələdəyik. Danışıqlar yeni sürət qazanır və biz bu sürətdən istifadə etməliyik”.

Bundan əvvəl ABC News Ukraynanın ABŞ-ın təklif etdiyi sülh sazişinin şərtləri ilə razılaşdığını yazmışdı. Politico isə ABŞ-ın Ukrayna ilə bağlı yenidən işlənmiş planının əvvəlki bəzi müddəaları çıxardığını qeyd etmişdi.

Rusiya xarici işlər naziri Sergey Lavrov da açıqlama verərək bildirib ki, Moskva Vaşinqtondan ABŞ-ın Ukrayna münaqişəsinin həlli üzrə Avropa və Kiyevlə razılaşdırıldığı iddia edilən müvəqqəti variantı təqdim etməsini gözləyir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki