Fransa prezidenti Emmanuel Makron sosial şəbəkədə Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışığını açıqlayıb.
Doğru.az xəbər verir ki, Makron bildirib: “Mən onunla bölüşdüm ki, son beynəlxalq müzakirələrim, xüsusən də Çində, Ukrayna münaqişəsinin həlli ilə bağlı aydınlıq və irəliləyiş təmin edib”.
Qeyd edək ki, The Independent daha əvvəl xəbər verib ki, Makron, Böyük Britaniyanın baş naziri Key Starmer və Almaniya kansleri Fridrix Merzlə birlikdə Londonda Zelenski ilə görüşəcək.
DOĞRU.AZ




























