Fransa prezidenti Emmanuel Makron və digər Avropa İttifaqı liderləri Ukraynadakı silahlı münaqişənin həlli üçün aparılan sülh danışıqlarını sabotaj etməyə çalışırlar. Bu barədə fransız siyasətçi Florian Filippot RT-yə verdiyi müsahibədə bildirib.
Doğru.az xəbər verir ki, Filippot dünyada sülhə can atan liderlərin də olduğunu qeyd edib və buna nümunə olaraq ABŞ prezidenti Donald Trampı göstərib.
“Ancaq onlardan başqa, sülh danışıqlarını daim pozmağa və bu prosesə mane olmağa çalışan Makron və Avropa Birliyi var”, – deyə siyasətçi RT-nin Telegram kanalında yayımlanan videoda vurğulayıb.
Qeyd edək ki, Florian Filippot daha əvvəl də Fransa prezidentini ABŞ-a qarşı aqressiv mövqe tutmaqda və Ukraynada sülh prosesini pozmağa cəhd etməkdə ittiham etmişdi.
DOĞRU.AZ




























