image-2000x150px
image-123
image-ads_atlas
image-5480526backend

Masallıda köməksiz qalan şəxs xilas edildi – VİDEO

image-728x90px

Yağan intensiv yağışlar nəticəsində Masallı rayonu, Sərçuvar kəndində ferma ərazisində vətəndaş köməksiz vəziyyətdə qalıb.

Bu barədə “Doğru.Az“-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, nazirliyin “112″ qaynar telefon xəttinə məlumat daxil olan məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yağan güclü yağışla əlaqədar ətraf ərazinin su basması səbəbindən vətəndaşın fermada köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.

FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlərlə vətəndaş xilasetmə qayığı ilə təhlükəsiz əraziyə təxliyə edilərək xilas olunub.

DOĞRU.AZ

 

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki