Amerikalı milyarder İlon Mask deyib ki, ölkələr onun 2022-ci ildə təklif etdiyi Ukrayna münaqişəsinin həlli planını qəbul etsəydilər, çoxlu sayda insan həyatını xilas edə bilərdi.
X sosial şəbəkəsində (keçmiş Twitter) yazısında Mask, ABŞ prezidenti Co Baydenin administrasiyasının indi Maskın sülh planını nəzərdən keçirməkdə maraqlı olduğunu qeyd edən amerikalı sahibkar Devid Saksın yazısına cavab verib.
“Keçən il İlon öz sülh planını açıqlayanda Zelenski özü bunu “rusiyapərəst” adlandırdı və plan bu platformada bir çoxunun ən sərt hücumlarına məruz qaldı. İndi Bayden administrasiyası bu sövdələşməni həyata keçirmək istəyir”, – Sachs yazıb.
Mask sosial şəbəkədə ona “Bir çox ölümün qarşısını almaq olardı” deyə cavab verib.
Mənbə: Haberler.com