image-2000x150px
image-123
image-ads_atlas
image-ilon_mask_11backend

Mask Zelenskinin qələbə qazanmaq istəyini yüksək qiymətləndirib

image-728x90px

Amerikalı iş adamı İlon Mask Ukrayna prezidenti Vladimir Zelenskinin ölkə ordusunun döyüş bölgəsindəki uğursuzluqlarına baxmayaraq, münaqişədə qalib gəlmək istəyindən danışıb.

Biznesmen X sosial şəbəkəsində (keçmiş Twitter) müvafiq yazı dərc edib.

“Time” jurnalındakı məqaləni şərh edən milyarder Ukrayna liderini insanların həyatı haqqında düşünməyə çağırıb. Söhbət Zelenskiyə yaxın məmurların dövlət başçısının nəyin bahasına olursa olsun qalib gəlmək istəyindən narahat olmağa başladığı materialdan gedir.

Ukrayna hakimiyyətinin nümayəndələrinin fikrincə, ölkə prezidentinin əhval-ruhiyyəsi “messianizmlə həmsərhəddir”. Onlar həmçinin qeyd ediblər ki, Zelenski özünü aldadır və cəbhədəki ağır vəziyyətlə bağlı həqiqəti dinləmək istəmir.

Mənbə: A Haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki