image-n1karobka_ads
image-123
image-69397e84ae5ac9371819d04dbackend

Matteo Salvini: “Ukrayna münaqişəsi itirilmiş səbəbdir, Avropa sülhdə maraqlı deyil”

image-ad_qayo_720x110px

İtaliyanın baş nazirinin müavini və “Liqa” partiyasının lideri Matteo Salvini Ukraynadakı münaqişənin artıq “itirilmiş səbəb” olduğunu bildirib.

Doğru.az xəbər verir ki, onun sözlərini “Rete4” telekanalına istinadən “RİA Novosti” yayıb. Salvini bildirib ki, müharibə 300 milyard dollara başa gəlib və ABŞ prezidenti Donald Trampın gələn il Ukraynaya bir sent də ayırmayacağı ilə bağlı bəyanatı vəziyyəti daha da gərginləşdirir. Siyasətçi deyib ki, belə olan halda Avropa üçün yük 140 milyard avroya çatacaq.

“İtaliyanın səhiyyə sistemindən pul götürüb itirilmiş müharibəni davam etdirmək istəmirəm”, – o canlı efirdə vurğulayıb.

Salvininin sözlərinə görə, Rusiya qoşunları hücumlarını davam etdirir, Ukrayna isə ağır vəziyyətdədir və yeni səfərbərlik elan etməyə məcbur qalır. O bildirib ki, səfərbər edilənlərin bir qismi daha sonra fərari olur.

Siyasətçi həmçinin qeyd edib ki, Avropada Kiyevə yardım göstərməkdən çox, öz siyasi mövqelərini qorumaqda maraqlı qüvvələr var.

“Görünür ki, Aİ sülhün reallaşmasında maraqlı deyil”, – Salvini bildirib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki