image-n1karobka_ads
image-123
image-1529653725_1fb113aee5efe97e050a9415efdc4319-768x403backend

Mehriban Əliyeva minifutbol millimizi təbrik etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan milli komandasını dünya çempionu olması münasibətilə təbrik edib.

Mehriban Əliyeva bu münasibətlə özünün rəsmi Instagram səhifəsində paylaşım edərək komandamıza təşəkkürünü bildirib:

“Azərbaycan minifutbol yığması dünya çempionatının qalibidir! Komandamıza parlaq qələbəyə görə təşəkkür edirəm! Sizinlə fəxr edirik! Milli yığmamızın bütün üzvlərinə möhkəm cansağlığı, güc, enerji və yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!”

Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatının finalında Qazaxıstan yığmasına qalib gələrək tarixi uğura imza atıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki