image-ads_n1karobka_mobile
image-863818_m3backend

Mehriban Əliyevadan Müstəqillik Günü münasibətilə təbrik: “Qoy dövlətçiliyimiz daim möhkəm olsun!”

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına ürəkdolusu təbrik ünvanlayıb.

Doğru.az xəbər verir ki, o, rəsmi “Instagram” səhifəsində paylaşdığı təbrik mesajında bunları qeyd edib:

“Əziz həmvətənlər! Müstəqillik Gününüz mübarək! Hər birinizə sağlamlıq, xoşbəxtlik arzulayır, vətənimizə isə sülh, rifah və davamlı tərəqqi diləyirəm. Qoy müstəqilliyimiz daim sarsılmaz və əbədi olsun! Uca Allah Azərbaycanı qorusun!”

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki