image-2000x150px
image-123
image-ads_atlas
image-cbe6448d599c6eddd9ec463b0c317fca_46144_6backend

Məktəblərdəki istilik problemi nəzarətə götürüldü – YENİLƏNİB

image-728x90px

 Məktəblərdə yaranan istilik probleminə aydınlıq gətirilib. 

Bakı Şəhər Təhsil İdarəsindən Doğru.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məktəblərin istiliklə təminatı məsələsi tam nəzarətə götürülüb:

Əməkdaşlar tərəfindən monitorinqlər davam edir. Məktəblərin istiliklə təmin olunmasında hər hansı problem aşkarlandığı təqdirdə, səbəbi müəyyənləşdirilərək aradan qaldırılması üçün müvafiq tədbirlər görülür, aidiyyəti qurumlara müraciət olunur.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 133-ü “Azəristilik” ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 179-u fərdi qazanxana vasitəsilə, 7-si isə fərdi və mərkəzləşdirilmiş qaydada istiliklə təchiz edilib.

Xəbər verildiyimiz kimi, noyabrın 15-dən ölkə ərazisində məktəblərdə istiliyin verilməsinə başlanılmalı idi. Amma hələ də bəzi məktəblər var ki, istiliklə təmin olunmayıb.

Nəzərə alsaq ki, bu gün ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

Doğru.az-a müraciət edən valideynlər bildiriblər ki, Bakının 194, 280, 281, 196, 270, 76 və 316 saylı, həmçinin Xırdalan şəhəri 9 saylı orta məktəblərində hələ də istilik yoxdur: “Uşaqlarımız soyuqdan donur. Xəstələnməsinlər deyə onları dərsə göndərmirik”.

Məsələ ilə bağlı Təhsil Naziliyinə sorğu göndərsək də, nazirlikdən sorğumuza cavab ala bilmədik. 

“Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev isə bildirir ki, onların tabeliyində olan bütün məktəblər istiliklə təmin olunub:

”Bizə hər hansı məktəbdən istiliyin olmaması ilə bağlı məlumat daxil olmayıb. Tabeliyimizdə olan 281 məktəbin hər birinə istilik verilib”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki