image-n1karobka_ads
image-123
image-668e34e9ae5ac919603b294abackend

Messi: Argentinanın etdiyi çılğınlıqdı

image-ad_qayo_720x110px

Argentina millisinin hücumçusu Lionel Messi komandasının 2024-cü ildə Amerika Kubokunun yarımfinalında Kanada ilə oyunda (2:0) qazandığı qələbəni şərh edib.

“Argentinanın etdiyi və etməyə davam etdiyi şey çılğınlıqdır. Milli komandanın və onun köhnə qvardiyasının daha bir finala yüksəlməsi heyranedicidir”, – ESPN Messidən sitat gətirir.

Eyni zamanda o, qeyd edib ki, hazırkı Amerika Kuboku zəif sahələr və həddindən artıq istilər səbəbindən çox çətin keçir.

Görüş 2:0 hesabı ilə başa çatıb. Beləliklə, Argentina Uruqvay – Kolumbiya matçının qalibi ilə oynayacağı Amerika Kubokunun finalına yüksəlib.

Əvvəllər bildirilirdi ki, Messi 2006-cı il dünya çempionatından başlayaraq ardıcıl on böyük turnirdə qol vurub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki