“İnter Mayami”nin hücumçusu Lionel Messi 2011-ci ildə Çempionlar Liqasının yarımfinalında “Barselona”nın “Real”a vurduğu qolun karyerasında ən yadda qalan qol olduğunu deyib.
Messinin sözlərini X sosial şəbəkəsindəki (keçmiş Twitter) Ballon d’Or hesabı çatdırıb.
“Mən həmişə deyirəm ki, vacib qollar Çempionlar Liqasının finalında, Dünya Kubokunun finalında vurulan qollardır. Həmişə xatırladığım qol Çempionlar Liqasının yarımfinalında Bernabeuda Real Madridə 2:0 hesabı ilə qalib gəldiyimiz zaman Real Madridə qarşı qol idi”, – Messi deyib.
Qeyd edək ki, oktyabrın 30-da Messi səkkizinci dəfə “Qızıl top”u qazanıb.
Mənbə: Sports.ru