Argentina millisinin və “İnter Mayami”nin hücumçusu Lionel Messi klubunun akademiyasına gəlib.
Əfsanəvi forvard akademiya oyunçuları ilə görüş keçirərək onlara “Qızıl top”u göstərib.
Oktyabrın 30-da Messi səkkizinci dəfə “Qızıl top”u qazandı.
Messi 2022-ci ilin dekabrında Argentina yığması ilə dünya çempionu olub. Hücumçu iki il Fransanın Paris Saint-Germain klubunda oynadıqdan sonra 2023-cü ilin yayında İnter Mayamiyə keçdi. Avqustun 20-də forvard Amerikada ilk kuboku – Liqa Kubokunu qazanıb. İnter Mayamidə keçirdiyi 14 oyundan sonra Messinin hesabında 11 qol və 5 məhsuldar ötürmə var.
Mənbə: NTV Spor