image-n1karobka_ads
image-123
image-ungqhwsg1pr4zsxqotxc6qbmdcd7km7i8m8dhr5l_1200backend

Məsud Pezeşkian Prezident İlham Əliyevi təbrik etdi

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian, Azərbaycan Prezidenti İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.

Doğru.az xəbər verir ki, President.az-a istinadən yayılan məktubda İran lideri Azərbaycan xalqına xoş arzularını çatdırıb və iki ölkə arasındakı dostluq münasibətlərini yüksək qiymətləndirib.

“Dost və qonşu xalqlarımızın ortaq tarixi və qırılmaz bağları ölkələrimiz üçün strateji əməkdaşlıq potensialı yaradır,” – deyə Pezeşkian vurğulayıb.

İran Prezidenti məktubda nəqliyyat, elektrik enerjisi, təbii qaz və digər sahələrdə ortaq layihələrin tamamlanmasının vacibliyinə toxunaraq, regionda sülh və təhlükəsizliyin təminatı üçün kommunikasiya yollarının açılmasına dəstək verdiklərini bildirib.

Sonda o, Prezident İlham Əliyevə möhkəm cansağlığı və uğurlar, Azərbaycan xalqına isə rifah və əmin-amanlıq arzulayıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki