image-n1karobka_ads
image-123
image-68ed706802e8bd3707296e15backend

Microsoft Windows 10 üçün dəstəyi dayandırdı

image-ad_qayo_720x110px

Microsoft oktyabrın 14-dən etibarən Windows 10 əməliyyat sistemi üçün dəstəyi rəsmi olaraq dayandırıb.

Doğru.az xəbər verir ki, bu tarixdən sonra istifadəçilərə texniki dəstək, təhlükəsizlik və funksiya yeniləmələri təqdim edilməyəcək. Bununla belə, artıq quraşdırılmış Windows 10 sistemləri işləməyə davam edəcək.

IT EXPERT jurnalının və IT WORLD portalının baş redaktoru Andrey Vinoqradov məsələyə münasibət bildirərək qeyd edib ki, Microsoft-un bu qərarı adi istifadəçilər üçün ciddi təhlükə yaratmayacaq.

O vurğulayıb ki, əsas təhlükəsizlik riskləri yalnız köhnə cihazlardan aktiv internet istifadəsi zamanı yarana bilər, lakin çoxlu sayda istifadəçi üçün sistem normal şəkildə fəaliyyət göstərəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki