image-n1karobka_ads
image-123
image-17443458191843645248_1200x630backend

Misirli tədqiqatçı: ADA forumu yeni beynəlxalq sistemin konturlarını və təsirlərini anlamaq üçün mühümdür

image-ad_qayo_720x110px

Misirin “əl-Dibluməsi” portalında “əl-Hivar” (Dialoq) Strateji və Media Araşdırmaları Mərkəzinin direktoru dr. Əhməd Tahirin “Azərbaycan və yeni dünya nizamı” adlı məqaləsi nəşr edilib.

AZƏRTAC xəbər verir ki, yazıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda keçirilən beynəlxalq forumda müzakirə edilən mövzular barədə danışılır.

Müəllif qeyd edir ki, forum dünyada son on il ərzində, bəlkə də bir qədər əvvəl başlayan dəyişikliklər fonunda yeni beynəlxalq sistemin konturlarını, istiqamətlərini və təsirlərini anlamaq üçün müxtəlif baxışlar və səylərin müzakirəsi baxımdan mühümdür.

Ekspert bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən açıq dialoqda əhəmiyyətli məsələlər barədə fikir mübadiləsi aparılıb. Burada həm ölkədaxili məsələlər, həm də Cənubi Qafqaz və qlobal böhranlar müzakirə olunub. Xüsusilə, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki qarşıdurmalar, iqlim dəyişikliyi, davamlı inkişaf, terrorizm və yoxsulluq kimi mövzular ön planda olub. Prezident İlham Əliyev bu məsələlərlə bağlı Azərbaycanın siyasətini və baxış bucağını forum iştirakçıları ilə bölüşüb.

Doktor Əhməd Tahir əlavə edib ki, müxtəlif sahələr üzrə beynəlxalq mütəxəssislər və nümayəndələr forum çərçivəsində zəngin fikir mübadiləsi aparıblar.

Müəllif vurğulayır ki, budəfəki forum ilk dəfə azad edilmiş ərazilərdən olan Xankəndidə yeni qurulan Qarabağ Universitetində keçirilib. Bununla da qonaqlar Ermənistanın bölgədə törətdiyi dağıntıları öz gözləri ilə görmək və Azərbaycanın azad edilmiş yeddi rayonunda bərpa və inkişaf işləri ilə yerində tanış olmaq imkanı əldə ediblər.

Məqalənin sonunda yazılır ki, bu forum, xüsusilə də Prezident İlham Əliyev ilə ekspertlər arasında baş tutan görüş dünya miqyasında qarşıda duran çağırışlara dair çoxsaylı baxışlar və təkliflərin təqdimatı ilə yadda qalıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki