Model Saşa Palma Kylie Cennerin Kylie Cosmetics şirkətinə qarşı 120 min dollarlıq iddia qaldırıb.
Bu barədə Daily Mail məlumat yayıb.
Kylie Cosmetics brendi üçün bir neçə fotosessiyaya qatılan model 2020-ci ildə Kylie Cennerin şirkəti ilə müqavilə imzalayıb. Müqavilənin şərtlərinə görə, Saşa Palma fotosessiyadan bir aydan gec olmayaraq hər çəkiliş günü üçün 2000 dollar qonorar almalı idi. Model iddiasında Kylie Cennerin şirkətinin ödənişi 30 gündən çox gecikdirdiyini iddia edir. İndi qız Kylie Cosmetics-dən ona 120 min dollar məbləğində təzminat ödəməsini tələb edir.
Kylie Cosmetics-in sözçüsü jurnalistlərə bildirib ki, Palme çəkilişlər başa çatdıqdan sonra 45 günlük müddətə qədər çəkilişlərin hər iki günü üçün ödənilib. O, əlavə edib ki, bu vəziyyətdə ödənişi vaxtında ona köçürməyən modelin agenti günahkar ola bilər. Öz növbəsində Kayli Cennerə yaxın mənbə təklif edib ki, Saşa Palma qisas almaq üçün Kylie Cosmetics-i məhkəməyə verib: çəkilişdən sonra model ona tövsiyə məktubu yazmağı xahiş edib, lakin o, rədd edilib.