image-n1karobka_ads
image-123
image-snimok-ekrana-2022-10-10-v-08-21-pic_32ratio_900x600-900x600-73392backend

Moldovada Şor partiyaları qeyri-qanuni maliyyələşdirməkdə ittiham olunub

Moldova antikorrupsiya prokurorluğunun rəhbəri bildirib ki, müxalifət lideri və iş adamı İlan Şor siyasətçiləri və partiyaları qanunsuz olaraq maliyyələşdirib.

Doğru.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Bir-biri ilə əlaqəli bir neçə hal var. Bunlar siyasi partiyaların qanunsuz maliyyələşdirilməsi və çirkli pulların yuyulması ilə bağlıdır”, – deyə Draqalin Moldova Polis Baş Müfəttişliyinin rəhbəri Viorel Cernautanu ilə birgə brifinqdə bildirib.

Onun sözlərinə görə, bu halların bir sırasını “İlan Şorun rəhbərlik etdiyi, siyasi partiyaların və seçki namizədlərinin fəaliyyətini qanunsuz olaraq maliyyələşdirən mütəşəkkil cinayətkar qrupun olması birləşdirir”.

Fevralın ortalarında Rusiyanın Şoru Moldova hakimiyyətinə təhvil verməkdən imtina etdiyi bildirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki