Bild qəzeti yazır ki, naməlum şəxslər Rammstein qrupunun solisti Till Lindemannın Berlindəki mənzilinə soxulublar.
Nəşrin məlumatına görə, hücum edənlər evin damına təcili girişdən keçib və oradan da mənzilə daxil olublar.
Musiqiçiyə baş verənlər barədə məlumat verilib, lakin indi o, qrupun digər üzvləri ilə birlikdə Brüsseldədir.
Bundan əvvəl Vyanada bir neçə yüz nəfərin Rammstein rok qrupunun konsertinə qarşı mitinqə çıxdığı bildirilirdi.
Mənbə: Lenta.ru