image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-22backend

Narkotik vasitə ilə tutulan keçmiş məhkumun oğurluq əməllərinin də üstü açılıb

image-728x90px

Masallıda narkotik vasitə ilə tutulan keçmiş məhkumun oğurluq əməllərinin də üstü açılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı şəhər sakini, əvvəllər məhkum olunmuş Qəzənfər Əliyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Aparılan əlavə əməliyyat-axtarış tədbirləri ilə həmin şəxsin oğurluq əməllərinin də üstü açılıb. Belə ki, Q.Əliyevin ayrı-ayrı vaxtlarda rayon ərazisindəki plastik boru istehsalı sexlərindən birindən 2000 manat dəyərində ehtiyat hissələri və naqil, yaşayış evlərindən birinin həyətindəki tövlədən 250 manat dəyərində iki baş xırdabuynuzlu heyvan və digər bir yaşayış evindən isə 500 manat dəyərində məişət əşyalarını oğurladığı müəyyən edilib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki