image-n1karobka_ads
image-123
image-upload-2023-07-11t122904z_791662628_rc2y02anzxnz_rtrmadp_3_ukraine-crisis-nato-pic_32ratio_1200x800-1200x800-20457backend

NATO ölümcül silahları 2024-cü ildə Ukraynaya yardımdan istisna edib

2024-cü il üçün NATO-Ukrayna əməkdaşlıq proqramı könüllüdür və Kiyevə öldürücü silahların verilməsini nəzərdə tutmur.

Bu barədə alyans xarici işlər nazirlərinin NATO-Ukrayna formatında görüşün yekunlarına dair bəyanatında deyilir.

Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Szijyarto’nun qeyd etdiyi kimi, Budapeşt Ukraynaya öldürücü silah verməkdən imtina etməkdə israrlıdır, çünki “belə bir addım eskalasiya riski yarada bilər”.

“Ukrayna özü, ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi uğrunda mübarizə aparır, biz bunu yüksək qiymətləndiririk, çünki bu, əlbəttə ki, qəhrəmanlıq mübarizəsidir, amma yenə deyirəm: bu, bizim müharibəmiz deyil, ona görə də biz bunu rədd edirik. Bundan irəli gələn hər hansı yanaşma ola bilər”, – Sijarto Ukrayna-NATO Şurasının Facebook-da yayımlanan iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

Mənbə: A Haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki