image-n1karobka_ads
image-123
image-17654346913794836235_1200x630backend

Naxçıvanda vətəndaşların müraciətləri dinlənilib – FOTO

image-ad_qayo_720x110px

Kənd Təsərrüfatı Nazirliyinin Elm, təhsil və insan resursları şöbəsinin müdiri Fərid Nəcəfov dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində vətəndaşları qəbul edib.

Doğru.az xəbər verir ki, qəbul zamanı müraciətlər əsasən işlə təminat, əkin sahələrinin təsərrüfat suyu ilə təmin olunması və digər məsələlərlə bağlı olub.

Fərid Nəcəfov hər bir müraciəti diqqətlə dinləyərək, problemlərin qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verib. Bəzi məsələlər yerindəcə həll olunub, digərləri isə araşdırma üçün nəzarətə götürülüb. Nazirliyin səlahiyyətinə daxil olmayan müraciətlər isə müvafiq qurumlara yönləndirilib.

Görüşdə şöbə müdiri dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı sərəncamlarının istehsalçıların rifahını yaxşılaşdırdığını qeyd edib. Vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirib.

Qəbuldan sonra Fərid Nəcəfov nazirliyin kollektivi ilə görüşərək, muxtar respublikada kənd təsərrüfatına dövlət dəstəyi, Aqrar Subsidiya Şurasının 2026-cı təsərrüfat ili üçün qərarları, subsidiyaların elektron verilməsi və iş prosesinin təşkili barədə müzakirələr aparıb.

DOĞRU.AZ

image-17654346913679014897_1200x630 image-17654346915791145236_1200x630 image-17654346911858716410_1200x630 image-1765434691445318234_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki