image-2000x150px
image-123
image-ads_atlas
image-238843_q25314s3v8backend

Nazir şagirdləri ilə videolar çəkən müəllimlə görüşdü – FOTO

image-728x90px

Martın 2-də Lənkərana səfər edən təhsil naziri Emin Əmrullayev rayonun ucqar Jidi dağ kənd məktəbinə baş çəkib. 

Doğru.Az xəbər verir ki, bu haqda Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, məktəbdə yaradılmış şəraitlə tanış olan Emin Əmrullayev təhsil müəssisəsinin müəllim və şagird kollektivi ilə görüşüb, tədris prosesini izləyib.

Nazir, həmçinin son dövrdə sosial şəbəkələrdə fərqli ideyaları ilə tanınan, şagirdləri ilə səmimi ünsiyyət yaradaraq onların sevimlisinə çevrilən ucqar dağ kənd məktəbinin  müəllimi Leyla Qarazadə ilə də görüşüb, onunla söhbət apararaq fəaliyyətində uğurlar arzulayıb.

Leyla Qarazadə də öz növbəsində şagirdləri ilə ünsiyyətindən, onlarla birgə  yaratdığı fərqli ideyalardan danışıb və ona göstərilən diqqət üçün təşəkkür edib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki