image-n1karobka_ads
image-123
image-1765374755809354567_1200x630backend

Nazirlik və “John Deere” əməkdaşlıq istiqamətlərini müzakirə etdi – FOTO

image-ad_qayo_720x110px

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkəmizdə səfərdə olan “John Deere” şirkətinin Mərkəzi Asiya və MDB ölkələri üzrə prezidenti, “John Deere Walldorf International” MMC-nin Baş icraçı direktoru Ksaba Leyko ilə görüş keçirib.

Doğru.az xəbər verir ki, görüş zamanı nazir Azərbaycanda qeyri-neft sektorunun inkişafında kənd təsərrüfatının rolundan, aqrar sahədə aparılan islahatlardan, fermerlərə göstərilən dövlət dəstəyindən danışıb. Nazir həmçinin kənd təsərrüfatının rəqəmsallaşdırılması, süni intellektin tətbiqi layihələri, əlverişli investisiya mühiti və strateji inkişaf hədəfləri barədə qonağa geniş məlumat verib.

Ksaba Leyko “John Deere” şirkətinin Azərbaycanda uzun illər uğurla fəaliyyət göstərdiyini vurğulayıb və əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirib. O, Prezident İlham Əliyevlə keçirilən görüşdə pambıqçılıq, taxılçılıq, suvarma, logistika, mütəxəssis hazırlığı və texnika parkının yenilənməsi üzrə yeni layihələrin müzakirə olunduğunu qeyd edib.

Görüşdə Kənd Təsərrüfatı Nazirliyi və “John Deere” şirkəti arasında göstərilən sahələr üzrə əməkdaşlığa dair ilkin razılıq əldə olunub. Tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.

DOĞRU.AZ

image-img-20251210-wa0315 image-17653747553031715179_1200x630 image-17653747553584937202_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki