Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Ukrayna böhranının həllində Birləşmiş Millətlər Təşkilatının (BMT) heç bir rol oynamadığını bildirib.
Doğru.az xəbər verir ki, diplomat bu fikirləri RİA Novosti-yə müsahibəsində səsləndirib. Onun sözlərinə görə, BMT-nin baş katibi Antonio Quterreş və təşkilatın digər yüksək vəzifəli şəxsləri öz mövqelərindən sui-istifadə edərək, münaqişədə qərəzli mövqe nümayiş etdirirlər.
“Təşkilatın nizamnaməsinə əsasən, onlar qərəzsiz olmalıdılar. Amma faktiki olaraq münaqişədə açıq şəkildə tərəf tuturlar. Buna görə də, açığını desəm, mən BMT-nin rolunu görmürəm. Onların özləri də bu məsələdə fəallıq göstərmək istəmirlər, çünki anlayırlar ki, artıq masa arxasında onlara yer yoxdur,” – deyə Vasili Nebenzya bildirib.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın BMT-dəki digər nümayəndəsi Dmitri Polyanski də BMT-də Qərb və Ukrayna diplomatları ilə münasibətlərin gərginliyindən danışmışdı.
Bununla yanaşı, Ukraynanın BMT-dəki nümayəndəsi Andrey Melnik bəyan edib ki, Kiyevin təşkilatdakı əsas məqsədi Ukraynaya dəstəyi gücləndirmək və Rusiyanı beynəlxalq arenada təcrid etməkdir.
DOĞRU.AZ




























