image-2000x150px
image-123
image-ads_atlas
image-240061_l6z9xmd489backend

“Nərgiz” klinikası məhkəməyə verildi

image-728x90px

Bakıda tanınmış “Nərgiz” klinikası barəsində məhkəmə iddiası qaldırılıb.

Doğru.Az xəbər verir ki, “kriminalqafqaz”ın məlumatına görə, klinika İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinin tələblərini pozub.

Belə ki, tibb mərkəzinin rəhbərliyi sertifikasiyadan keçməyən şəxslərin tibb fəaliyyətinə buraxılmasına icazə verib.

Klinika barəsində tərtib olunmuş cərimə protokolu Nərimanov Rayon Məhkəməsinə göndərilib. İş hakim Gültəkin Əsədovanın icraatına verilib. Məhkəmə iddianı təmin edərsə, tibb mərkəzini 8 min manatadək məbləğdə cərimə gözləyir.

Qeyd edək ki, “Nərgiz” klinikası 2007-ci ildən Azərbaycanda fəaliyyət göstərir, rəhbəri tibb elmləri doktoru Məlahət Qəhrəmanovadır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki