İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Donald Trampa İrana qarşı mümkün yeni hücum variantları barədə məlumat verməyə hazırlaşır.
Doğru.az xəbər verir ki, bu barədə Amerikanın NBC televiziya kanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, İranın ballistik raket proqramını genişləndirməsi İsraildə getdikcə daha çox narahatlıq doğurur. Bildirilir ki, bu məsələ İsrail rəhbərliyi tərəfindən ciddi təhlükə kimi qiymətləndirilir.
NBC-nin yazdığına görə, “İsrail rəsmiləri prezident Donald Trampa İrana qarşı təkrar hücum variantları barədə məlumat verməyə hazırlaşır”.
Qeyd edək ki, bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ hakimiyyətini beynəlxalq hüququ pozmaqda ittiham etmişdi.
DOĞRU.AZ




























