image-ads_n1karobka_mobile
image-1136530backend

Neymar gələn yay Barselonaya qayıda bilər

“Əl-Hilal”ın braziliyalı hücumçusu Neymar gələn yay “Barselona”ya qayıda bilər.

Sport.es-in məlumatına görə , futbolçu klubun transfer siyahısında ikinci prioritetdir. İlk hədəf “Mançester Siti”dən Erlinq Haalanddır.

Xatırladaq ki, Neymar 2013-2017-ci illərdə kataloniyalıların şərəfini qoruyub. Daha sonra PSJ-yə, oradan isə “Əl-Hilal”a keçdi. Onun Səudiyyə klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır. Eyni zamanda, braziliyalı zədə səbəbindən bir ildir ki, oynamır.

Daha əvvəl “Əl-Hilal”ın baş məşqçisi Neymarın 2024-cü ildə oynamayacağını təsdiqləyib.

Mənbə Sport.es


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki