image-n1karobka_ads
image-123
image-img-20250411-wa0011backend

Nine Senses İncəsənət Mərkəzi ruh, bədən və zəka harmoniyasını bir araya gətirir – FOTO

image-ad_qayo_720x110px

9 aprel, 2025-ci il tarixində JW Marriott Absheron otelində baş tutan mətbuat konfransında Nine Senses Fest 2025 – İkinci Beynəlxalq Ruhani və Bədən Praktikaları Festivalının proqramı və məqsədləri ictimaiyyətə təqdim olundu. Festival Azerbaijan New Skill Academy – ANSA kimi tərəfdaşlarla birlikdə təşkil olunub.

Festival Bakıda, 2–4 may 2025-ci il tarixlərində, Heydər Əliyev Fondunun vitse-prezidenti, Nine Senses Art Center-in qurucusu və Azərbaycan Yoqa Federasiyasının prezidenti xanım Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə keçirilir. Bu ilki festival “Ənənədən Gerçəyə” şüarı ilə devizi ilə fərqli mədəniyyətləri və praktikaları bir araya gətirir.

Festivalın baş sponsoru artıq ikinci ildir ki, Azərsun Holdinqdir.

Üç gün ərzində iştirakçıları yoqa və meditasiya təcrübələri, şərq və slavyan təbabəti, sufi fəlsəfəsi, art-terapiya, sufi və səs performansları, konsertlər, ekstatik rəqs, neyroqrafika, qadın balans təcrübələri və digər praktik sessiyalarla tanış ola biləcəklər.

Festivalın dəvət olunmuş əsas iştirakçıları:

Perukua (Peruquois) – Ana Torpağın səsi, müqəddəs səsləri və qadın enerjisini birləşdirən sənətçi.

Lev İvanov – şəfaçı, döyüş sənətləri ustası, “Özünü tanı” metodikasının müəllifi.

Gojun Xuan – ənənəvi Çin təbabətinin 7-ci nəsil nümayəndəsi, cən-cyu ustası.

İqor Pankov – antropoloq, tarix elmləri namizədi, sufi irsinin tədqiqatçısı.

Sudhakar Dass – Vedanta Academy India nümayəndəsi, spiker.

Festivalın missiyası – İnsanın ruhani və fiziki potensialının harmonik inkişafını təşviq etmək, qədim və müasir biliklər arasında körpü yaratmaq. Festivalın əsas məqsədi isə fərqli mədəni bilikləri yerli ənənələrlə birləşdirərək müəllimlər arasında təcrübə mübadiləsinə şərait yaratmaqdır.

Nine Senses Fest 2025 çərçivəsində, Azərbaycan Tekstil Assosiasiyasının dəstəyi ilə “Made in Azerbaijan” brendli məhsulların təqdim olunacağı bir yarmarka təşkil olunacaq. Bu yarmarka Shoppingaz.az onlayn alış-veriş platforması tərəfindən təşkil olunur və 200-dən artıq yerli brendi özündə birləşdirir. Yarmarka yerli brendlər üçün tanıtım və iştirakçılarla birbaşa əlaqə yaratmaq baxımından əla fürsət olacaq.

Təşkilatçılar “Made in Azerbaijan” brendini təmsil edən istehsalçıları yarmarkada iştirak etməyə dəvət edirlər. Yarmarkada iştirak üçün office@shoppingaz.az elektron poçt ünvanı və ya +994 10 252 46 00 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Bu unikal festivalın biletləri artıq satışdadır. Biletləri bu keçiddən əldə edə bilərsiniz: https://ninesenses.az/nsf25

Tədbir haqqında ətraflı məlumat və tam proqramla festivalın rəsmi səhifəsində tanış ola bilərsiniz: https://ninesenses.az/

DOĞRU.AZ

image-img-20250411-wa0011

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki