Macarıstanın Baş naziri Viktor Orban Avropada Ukraynadakı münaqişəyə münasibətin dəyişdiyini bildirib.
Doğru.az xəbər verir ki, Orban bu barədə X sosial şəbəkəsində yazıb: “Qanun layihələri təqdim olunduqca ictimai rəy dəyişir. Avropanın müharibəyə girməsinin qarşısını elitalar yox, insanlar alacaq”.
Macarıstanın Baş naziri daha əvvəl də Avropa İttifaqının mövqeyinə baxmayaraq, Rusiya ilə ABŞ arasında danışıqların sülh yolu ilə nəticələnə biləcəyini qeyd edib.
O, həmçinin Macarıstan vəsaitlərinin Ukraynada “qızıl hamamlara” xərclənməməli olduğunu vurğulayıb.
DOĞRU.AZ




























