image-n1karobka_ads
image-123
image-6946df6702e8bd35242e0fa8backend

Orban: Qərbin sülhməramlı qüvvələri Avropanı Rusiya ilə müharibəyə yaxınlaşdırır

image-ad_qayo_720x110px

Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, Qərbin Ukraynaya sülhməramlı qüvvələr göndərməsi Avropanı Rusiya ilə müharibə həddinə gətirə bilər.

Doğru.az xəbər verir ki, TASS agentliyinə istinadən Orban qeyd edib: “Almanlar Ukraynaya sülhməramlı qüvvələr göndərməyi düşünürlər. Bəs Rusiya qoşunlarının atəşinə tutulub cavab atəşi açsalar necə olar? Buna müharibə deyilir”.

Qeyd edək ki, daha əvvəl “könüllülər koalisiyası”na daxil olan ölkələrin liderləri Ukrayna ərazisinə qoşunların yerləşdirilməsi barədə qərar qəbul ediblər. Təqaüddə olan Bundesver generalı Roland Kater isə Ukraynaya “çoxmillətli qüvvə” göndərmək perspektivinə şübhə ilə yanaşıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki