Ümumdünya Ticarət Təşkilatı (ÜTT) ticarət məhdudiyyətlərini aradan qaldırmaq imkanından məhrum olaraq əsasən disfunksiyalı quruma çevrilib.
Doğru.az xəbər verir ki, bunu Rusiya Prezidentinin İcra Aparatı rəhbərinin müavini Maksim Oreşkin açıqlayıb. O bildirib ki, ədalətli və səmərəli ticarət təkcə Rusiyaya deyil, bütün dünyaya fayda gətirir.
Oreşkinin sözlərinə görə, “ədalətli ticarəti təşviq etməli olan ÜTT, təəssüf ki, hazırda darboğazların və məhdudiyyətlərin aradan qaldırılmasına mane olan, əsasən qeyri-funksional qurumdur”.
Xatırladaq ki, iyulun əvvəlində Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə ÜTT-nin baş direktoru Nqozi Okonjo-İveala arasında keçirilən görüşdə təşkilatda nəzərdə tutulan islahatların müzakirə edildiyi bildirilmişdi.
DOĞRU.AZ




























