image-2000x150px
image-123
image-ads_atlas
image-d754eefe9439bff670b494a67eb72f50backend

Övladını qurtarmaq istədi, öz həyatını da itirdi – Suda boğulana kömək edən nələri bilməlidir?

image-728x90px

Bu günlərdə Saatlı rayonu Qıraqlı kənd sakinləri – 1979-cu il təvəllüdlü Sübhan və qardaşı oğlu 1992-ci il təvəllüdlü Əkrəm Astanovlar çayda boğulublar. Araşdırmalarla müəyyən edilib ki, birlikdə Araz çayının rayonun Musalı kəndindən keçən hissəsində balıq ovu edən zaman Sübhan və Əkrəm sonuncunun suya düşən azyaşlı 2 uşağını xilas edərkən özləri suda boğularaq ölüblər. Azyaşlılar isə yaxınlıqda balıq ovlayan şəxslər tərəfindən xilas edilərək xəstəxanaya yerləşdirilib, hazırda səhhətləri qənaətbəxşdir.

Bu artıq neçənci belə olaydır. Az öncə Sumqayıtda gənc ana dənizdə batmaqda olan 7 yaşlı oğlunu xilas eləmək istəyərkən özü də, uşağı da həyatını itirmişdi. Valideyn instinkti öz yerində, bəs belə hallarda ilk növbədə nələrə diqqət eləməli, hansı qaydalar gözlənilməlidir ki, köməyə ehtiyacı olan da, xilas eləmək istəyən də boğulmasın?

Ödənişli çimərliklərdə bizi gözləyən təhlükə - 24.06.2022, Sputnik Azərbaycan

Aqşin Əlili: “Çalışmalıyıq ki, boğulan şəxslə üzbəüz təmasda olmayaq”

Mövzu il bağlı FHN-in Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin şöbə rəisi Aqşin Əlili “Yeni Müsavat”a danışıb: “FHN olaraq həm çimərlik mövzümünün  əvvəlində, həm də ərzində bu mövsüm ilə əlaqədar olaraq KİV nümayəndələri vasitəsi ilə çağırış etmişik, eləcə də bu gün də edirik ki, vətəndaşlar gedəcəkləri çimərliklər haqqında əvvəlcədən məlumatlı olsunlar. Əgər hər hansı çimərlikdə xilasedicilər yoxdursa, bu həmin ərazidə təhlükəsizlik tədbirlərinin görülmədiyini və bu kimi yerlərdən istifadənin təhlükəli olduğunun bildirir.

Son günlər suda boğulmanın ölüm ilə nəticələnə hadisələrinə nəzərə salsaq, deyə bilərəm ki, bu hadisələr FHN-in xilasetmə məntəqələrindən kifayət qədər aralıda, nəzarətsiz, qeyri-çimərlik ərazilərdə baş verib. Bir faktı nəzərə çatdırmaq istəyirəm ki, cari ildə 189 nəfər çimərlik mövsümündə olmaqla, ümumilikdə 215 suda boğulma təhlükəsi ilə üzləşən şəxslər tərəfimizdən xilas olunub. Bizim nəzarət etdiyimiz çimərliklərdə ölümlə nəticələn hadisə qeydə alınmayıb.  Bu rəqəmlər də onu deməyə əsas verir ki, nəzarət olunan çimərliklərdən istifadə etməli və ərazidə tətbiq  edilmiş təhlükəsizlik qaydalarına, xilasedicilərin  tələblərinə əməl etmək lazımdır”.

Ekspert qeyd edib ki, çimərlikdə təhlükəsiz istirahət üçün hava şəraiti də olduqca önəmlidir: “Belə ki, küləyin sürəti saniyə 10 metrdən artıq olduqda çimərliklərdən istifadə etmək qadağandır. Bəzən olur ki, bölgələrdə 10-15 yaşlı şəxslər su kanallarından, çaylardan, süni göllərdən çimərlik kimi istifadə edirlər ki, sonda da bədbəxt hadisələr qaçılmaz olur. Bildiririk ki, bu tip  su hövzələrində çimərlik təyinatı nəzərdə tutulmadığından həmin  su obyektlərindən istifadə etmək olduqca təhlükəlidir”.

Aqşin Əlili suda boğulan şəxsə necə yardım edilməsindən də danışıb: “Ümumiyyətlə çalışmaq lazımdır ki, belə hal yaşananda mümkün qədər tez bir müddət FHN-nin 112 qaynar xəttinə məlumat verilsin. Bununla yanaşı, əgər yanımızda nəsə bir suda batmayan əşya olarsa, hansı ki, bu xilasedici dairə və yaxud xilasedici jilet, adi bir top, şar ola bilər, biz çalışıb vətəndaşa yaxınlaşaraq əlimizdəki suda batmayan əşyanı ona verməli və onun suda qalması üçün bir müddət şərait yaratmalıyıq. Yox əgər yanımızda heç nə yoxdursa, çalışmalıyıq ki, boğulan şəxslə üzbəüz təmasda olmayaq. Çünki insanda elə bir instinkt var ki, suda xilas olmaq naminə hətta öz yaxınlarını da suya çəkərək, onu suda boğa bilər. Bu baxımdan biz suda boğulan şəxsə arxa hissədən yaxınlaşmalı, əlimizi onun qoltuğunun altından salaraq, boyun hissəsindən keçirib, başını üzü yuxarı qaldırıb arxası üstə  sahilə çıxartmağa çalışmalıyıq.

Sahilə çıxartdıqdan sonra əgər həmin şəxs daxilə su qəbul edibsə biz onu dizimiz üstündə üzü aşağı qoyub, kürəyindən boynuna doğru masaj hərəkətləri edərək daxilə qəbul etmiş suyu çıxartmağa çalışmalıyıq. Əgər şəxsin huşu özündədirsə, ona sakitlik verib, mümkün qədər tez bir müddətdə təcili yardıma təhvil verməliyik. Yox əgər huşu özünə deyilsə, bu zaman ağızdakı yad cisimləri, o cümlədən qumu və yaxud torpağı təmizləyib, süni tənəffüs verərək, ürəyi masaj etməliyik. Bu müddət ərzində bu hərəkətləri etməklə yanaşı, mümkün qədər tez bir müddətdə təcili yardıma müraciət etməliyik.

Onu da diqqətə çatdırım ki, bizim nəzarət etdiyimiz çimərliklərdə xilasedicilərlə yanaşı, təcili tibbi yardım briqadaları da fəaliyyət göstərir. Xilasedicilərimiz sudan çıxarılan şəxsə ilkin yardım göstərərək onları təcili tibbi yardım briqadalarına təhvil verirlər”.

Daha bir məqam. Belə bir fikir var ki, doğuş zamanı ölən ana şəhid sayılır. Bəs övladını suda boğulmaqdan xilas edib, ona sanki təzədən həyat verən valideyn necə, islama görə şəhid hesab edilirmi? Ümumiyyətlə, Vətən uğrunda həlak olanlardan savayı, daha kimlər şəhid kateqoriyasından sayılır?

Şuşa İslam dünyasının paytaxtı elan olunsun” təklifi dəstəklənir, ancaq...

Emil Rahiloğlu: “Boğulanı qurtaran şəxs şəhid sayılsa da…”

İlahiyyatçı Emil Rahiloğlu mövzuya bu cür şərh bildirib: “Şəhadət ilahi mərtəbədə ən ali məqamdır. Bu məqamın ən üstün insanları Allah yolunda öz canından keçənlərdir. Ondan sonra qeyd olunan şəhidlərin uğrunda canlarını fəda etdikləri mövzuya görə dəyişir. Vətən uğrunda, elm və təhsil uğrunda, qazanc ardınca gedəndə, boğulanı qurtaranda və sair kimi əməllərin sahibi şəhid sayılsalar da, məqam və mərtəbələri fərqlidir”.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki