Qazaxıstanın Xəzər dənizi sahillərində 112 suiti cəsədi aşkarlanıb.
Doğru.az xəbər verir ki, bu barədə Manqistau vilayətinin Ekologiya Departamenti məlumat yayıb.
Bildirilib ki, ölü heyvanlar Asan kəndindən Bautino burnuna qədər olan Tupkaraqan rayonunun sahil zolağında aparılan monitorinq zamanı tapılıb.
Hazırda hadisənin səbəblərini müəyyənləşdirmək məqsədilə ərazidən dəniz suyu nümunələri götürülüb.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın Anapa şəhərində 500-dən çox kisə neftlə çirklənmiş qum və yosunların toplandığı bildirilmişdi.
DOĞRU.AZ




























