image-n1karobka_ads
image-123
image-17600097321911657631_1200x630backend

AFFA “Neftçi”ni 15 min 700 manat cərimələdi

image-ad_qayo_720x110px

AFFA İntizam Komitəsi “Neftçi” klubuna cərimə tətbiq edib.

Doğru.az xəbər verir ki, qərara əsasən, paytaxt təmsilçisi Misli Premyer Liqasının VII turunda “Zirə” ilə keçirilən oyunda baş verən qayda pozuntularına görə ümumilikdə 15 min 700 manat məbləğində cərimələnib.

“Neftçi”nin 4 futbolçusunun sarı vərəqə alması klub üçün 700 manat, azarkeşlərin kütləvi iğtişaş törətməsi isə 10 000 manat cərimə ilə nəticələnib. Bundan əlavə, komandanın məşqçisi Vəfadar Quliyev hakimin qərarına etiraz etdiyi üçün birbaşa qırmızı vərəqə alıb və 5000 manat cərimələnib. O, həmçinin 2 oyunluq cəza alıb.

“Zirə” komandası isə futbolçusu Ayron Qomisin ikinci sarıdan qırmızı vərəqə alması və VAR maşını ətrafında təhlükəsizliyin təmin edilməməsi səbəbilə ümumilikdə 1500 manat cərimələnib.

Bundan başqa, “Sumqayıt” – “Turan Tovuz” görüşündə ev sahibi, “Qəbələ” – “Şamaxı” matçında isə qonaq komanda 4 futbolçusunun sarı vərəqə almasına görə hərəyə 700 manat cərimə ödəyəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki