Cənubi Koreyanın müdafiə naziri Ahn Kyu-baek ölkəsinin nüvə silahı istehsal etmək niyyətində olmadığını bəyan edib.
Doğru.az xəbər verir ki, nazir bu barədə açıqlamasında bildirib:
“Koreya Respublikası Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə qoşulub, ona görə də biz nüvə silahı hazırlamayacağıq.”
Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp nüvə silahı sınaqlarının digər ölkələrlə “bərabər əsasda” aparılması barədə göstəriş verdiyini açıqlamışdı. O, bu sınaqları məqsədəuyğun adlandıraraq Vaşinqtonun bunun üçün sınaq meydançalarının olduğunu vurğulamışdı.
DOĞRU.AZ




























