Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (İKİ) Günəş Astronomiya Laboratoriyası bildirib ki, noyabrın 7-də baş verəcək maqnit qasırğası bu ilin, hətta son illərin ən güclülərindən biri ola bilər.
Doğru.az xəbər verir ki, laboratoriyanın ilkin hesablamalarına əsasən, plazma təsiri ilə bağlı modellər artıq mövcuddur, lakin son günəş alışması səbəbindən bu göstəricilərin yaxın 24 saat ərzində daha da yüksələcəyi ehtimal edilir.
Alimlərin sözlərinə görə, sabah — noyabrın 7-də Yer kürəsində G3-G4 səviyyəsində (güclüdən çox güclüyə qədər) maqnit fırtınası gözlənilir. Günəşdəki yeni aktivliklər nəzərə alınarsa, bu göstəricinin G4-G5 diapazonuna qədər artması mümkündür.
Qeyd edək ki, son günlər Günəş səthində baş verən partlayışlar və plazma axınları səbəbindən Yerə təsir edən maqnit aktivliyi xeyli güclənib.
DOĞRU.AZ




























