image-n1karobka_ads
image-123
image-34a27eed6b85834107638903c02e73f0backend

Ölkənin dağlıq ərazilərinə qar yağıb, Lənkəran-Astara bölgəsində leysan müşahidə olunur

image-ad_qayo_720x110px

Milli Hidrometeorologiya Xidməti noyabrın 4-ü saat 10:00-a olan faktiki hava şəraiti barədə məlumat yayıb.

Doğru.az xəbər verir ki, ölkə ərazisinin bəzi yerlərində arabir yağış yağır, Kəlbəcər, Laçın və Qubadlının yüksək dağlıq ərazilərinə isə qar düşüb. Lənkəran-Astara bölgəsində yağıntılar leysan xarakteri daşıyır.

Məlumata görə, düşən yağıntının miqdarı Astarada 20, Lənkəranda 16, Şamaxı və Cəlilabadda 2, Bakı və Abşeron yarımadasında isə 2 millimetr təşkil edib. Qəbələ, Qobustan, Xızı, Quba, Yardımlı, Biləsuvar, Sabirabad, Xaltan, Şabran, Şuşa, Xankəndi, Xocavənd, Xocalı və Füzulidə isə yağıntının miqdarı 1 millimetr olub.

Daşkəsən, Ağdam, Sarıbaş (Qax), Kişçay (Şəki), Şamaxı, Qrız, Xaltan, Göyçay və Lerikdə duman müşahidə olunur, görmə məsafəsi 500 metrədək azalıb.

Doğru.az-ın məlumatına görə, ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti noyabrın 5-i gündüzədək davam edəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki