image-n1karobka_ads
image-123
image-1722423100585278272_1200x630backend

Paris-2024”: Azərbaycan cüdoçusu çıxışını başa vurub

image-ad_qayo_720x110px

Azərbaycan cüdoçusu Elcan Hacıyev “Paris-2024” Yay Olimpiya Oyunlarında 1/8 final görüşünə çıxıb.

AZƏRTAC xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı bu raundda fransalı Maksim Qael Ambu ilə qarşılaşıb.

Rəqibinə ipponla uduzan E.Hacıyev yarışla vidalaşıb. Cüdoçumuz görüş zamanı çiynindən zədə alıb.

Qeyd edək ki, Paris olimpiadasında Azərbaycan cüdoçularından hələlik yalnız Hidayət Heydərov (73 kiloqram) medal qazanıb. İdmançı Olimpiya çempionu olub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki