image-n1karobka_ads
image-123
image-w_151723518669400556661_1200x630backend

Paris-2024”: Azərbaycan nümayəndə heyəti Vətənə qayıdıb – FOTO

image-ad_qayo_720x110px

“Paris-2024” Yay Olimpiya Oyunlarında iştirak etmiş Azərbaycan nümayəndə heyəti Vətənə qayıdıb.

AZƏRTAC xəbər verir ki, onların arasında gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və baş katibi Azər Əliyev, digər rəsmilər, eləcə də Olimpiadanın gümüş və bürünc medallarını qazanmış idmançılar olublar.

Nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyinin nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.

Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunlarında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunan Azərbaycan 7 medal qazanıb. Azərbaycan komandasının heyətində cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) isə bürünc medala sahib çıxıblar. Ölkəmiz medal sıralamasında Xorvatiya ilə birlikdə 30-31-ci yerləri bölüşdürüb.

DOĞRU.AZ

image-w_1517235186696174157097_1200x630 image-w_1517235186693855916099_1200x630 image-w_151723518669242059067_1200x630 image-w_1517235186695802745258_1200x630 image-w_1517235186694137862284_1200x630 image-w_1517235186695766238460_1200x630 image-w_1517235186692520138890_1200x630 image-w_1517235186693192132862_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki