image-n1karobka_ads
image-123
image-693af34402e8bd411e47ff04backend

Parisdə Ukrayna sülh planı ilə bağlı kritik görüş gözlənilir

image-ad_qayo_720x110px

ABŞ, Fransa, Almaniya, Böyük Britaniya və Ukrayna nümayəndələrinin dekabrın 13-də ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həlli planını müzakirə etmək üçün görüşməsi gözlənilir.

Doğru.az xəbər verir ki, görüşün Parisdə keçirilməsi nəzərdə tutulur və məqsəd “sülh planı ilə bağlı konsensusa nail olmaq”dır. Məlumat “Axios” tərəfindən mənbələrə istinadən yayılıb.

Qeyd edək ki, bundan əvvəl Almaniya kansleri Fridrix Merts Aİ-nin Trampa Ukraynaya ərazi güzəştləri ilə bağlı təklif paketini təqdim etdiyini bildirmişdi.

Görüşün regiondakı proseslərə təsir göstərməsi istisna edilmir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki