image-ads_n1karobka_mobile
image-692355bb02e8bd166a57e699backend

Pavel Durov: Çarli Kirkin ölümündə Fransanın əli olması ehtimalı inandırıcıdır

image-add-a-heading

Telegram-ın yaradıcısı Pavel Durov ABŞ-lı mühafizəkar fəal Çarli Kirkin ölümündə Fransanın əli olması barədə yayılan versiyanı real hesab edib.

Doğru.az xəbər verir ki, Durov X platformasında Kendis Ouensin iddiasına münasibət bildirərək: “Mən Kendisin Fransanın onun ölümündə iştirakı ilə bağlı məlumatını tamamilə inandırıcı hesab edirəm”, – deyə yazıb.

O həmçinin xatırladıb ki, Çarli Kirk Fransaya qarşı 300% tariflərin tətbiq edilməsini tələb edirdi.

Atlantic daha əvvəl məlumat yaymışdı ki, Kirkin qətlindən sonra ABŞ rəhbərliyinin təhlükəsizlik məqsədilə hərbi bazalara köçdüyü iddia olunur.

Qeyd edək ki, Çarli Kirk sentyabrın 10-da Yuta ştatında güllələnərək öldürülüb. 22 yaşlı Tayler Robinson birinci dərəcəli qətldə ittiham olunur.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki