image-n1karobka_ads
image-123
image-17661237142056465436_1200x630backend

Paytaxtda “Kənddən Şəhərə” Yeni il yarmarkası açılır

image-ad_qayo_720x110px

Sabahdan etibarən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda 8-ci “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayır.

Doğru.az xəbər verir ki, yarmarka Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə dekabrın 30-dək davam edəcək.

Yarmarkanın əsas məqsədi kiçik və orta fermer təsərrüfatlarının məhsullarını bazara çıxarmaq, alternativ satış kanalları yaratmaq və şəhər sakinlərini yerli, keyfiyyətli məhsullarla təmin etməkdir.

Yarmarkada ölkənin 35 regionundan 80-dək fermer 140-dan çox məhsul çeşidini satışa çıxaracaq. Məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir və vətəndaşlar Səyyar Qida Laboratoriyasına müraciət edərək analiz verə bilərlər.

Fermerlər satış üçün yer, piştaxta, tərəzi və digər avadanlıqlarla ödənişsiz təmin olunurlar. Yarmarka Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında (metronun “Gənclik” stansiyası, Atatürk parkının qarşısı) keçiriləcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki