image-n1karobka_ads
image-123
image-690984b3ae5ac979100df372backend

Pekin görüşü: Mişustin və Si Cinpin danışıqlara başladı

image-ad_qayo_720x110px

Çində Rusiyanın baş naziri Mixail Mişustinlə Çin Xalq Respublikasının sədri Si Cinpin arasında görüş başlayıb.

Doğru.az xəbər verir ki, danışıqlar Pekində yerləşən Böyük Xalq Zalının Böyük Şərq zalında keçirilir.

Noyabrın 3-də Mişustin iki günlük rəsmi səfər üçün Çinə gəlib. Səfərin ilk günü Hançjou şəhərində o, Çinin Baş naziri Li Qianq ilə danışıqlar aparıb.

Rusiya liderinin mətbuat katibi Dmitri Peskov daha əvvəl bəyan etmişdi ki, Kreml bu səfərə xüsusi önəm verir. O həmçinin qeyd edib ki, Mişustin vasitəsilə prezident Vladimir Putinin Çin sədri Si Cinpinə göndərəcəyi mesajın mümkünlüyü müzakirə mövzularından biridir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki